Tıbbiyeli Azınlık
Tıbbiyeli Azınlık Orijinal fiyat: ₺376,00.Şu andaki fiyat: ₺301,00.
Ürünlere dön

Azərbaycanda Psixologiya Elminin Dünəni, Bu Günü Və Gələcək İnkişaf Perspektivləri: Problemlər; Vəzifələr; Şərhlər – XX Əsr Və XXI Əsrin 20-Ci İlləri

Orijinal fiyat: ₺576,00.Şu andaki fiyat: ₺461,00.

3 adet stokta

Stok kodu: 9786256971356 Kategoriler:
Açıklama

Azərbaycanda Psixologiya Elminin Dünəni, Bu Günü Və Gələcək İnkişaf Perspektivləri: Problemlər; Vəzifələr; Şərhlər – XX Əsr Və XXI Əsrin 20-Ci İlləri

Azərbaycanda psixoloji fikir tarixi qədim və zəngindir. XX əsrdə və eləcə də XXI əsrin ilk on illiyində Azərbaycanda elmi psixologiya xalqımızın təfəkkür qaynaqlarına, milli mənəvi dəyərlərə söykənərək inkişaf edib formalaşmışdır.
Hər bir xalqın özünəməxsus adət və ənənələri, istək və arzuları, xarakteri, ağıl və düşüncəsi, təfəkkür tərzi, qonaqpərvərliyi, qabiliyyəti, ictimai – sosial münasibətləri, bir sözlə mənəvi – psixoloji aləmi onun milli mənəvi dəyərlərində öz əksini tapır. Bu milli mənəvi dəyərləri isə müxtəlif formalarda (şifahi xalq yaradıcılığı nümunələrində, dini təsəvvürlərdə, görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığında, daş və qaya rəsmlərində, arxeoloji qazıntılarda və s) təşəkkül tapmış, inkişaf edib nəsildən – nəslə ötürülmüşdür.
Bu baxımdan Azərbaycanın da özünəməxsus milli mənəvi dəyərləri ilk növbədə şifahi xalq yaradıcılığında öz əksini tapmışdır. Azərbaycan şifahi xalq yaradıcılığı canlı danışıq dilimizin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinədir. Azərbaycan şifahi xalq yaradıcılığının hər bir nümunələrində (nağıllar, atalar sözü və məsəllər, bayatılar, laylalar, tapmacalar, yanıltmaclar, nəğmələr və s) xalqımızın mənəvi – psixoloji aləmi, məişəti, dünyagörüşü, təfəkkür, təxəyyülü, hissi – iradi keyfiyyətləri, qabiliyyət və istedadı, əməyə münasibəti əks etdirilir.

Değerlendirmeler (0)

Değerlendirmeler

Henüz değerlendirme yapılmadı.

“Azərbaycanda Psixologiya Elminin Dünəni, Bu Günü Və Gələcək İnkişaf Perspektivləri: Problemlər; Vəzifələr; Şərhlər – XX Əsr Və XXI Əsrin 20-Ci İlləri” için yorum yapan ilk kişi siz olun

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir